Afrikada ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Bu mükafata “Paris Sen-Jermen”in müdafiəçisi Əşrəf Hakimi layiq görülüb.
Fransa klubu ilə ötən mövsüm UEFA Çempionlar liqası da daxil olmaqla 5 titul qazanan Mərakeşli oyunçu ilk dəfə belə bir nailiyyətə imza atıb. O, “Liverpul”un misirli hücumçusu Mohammed Salahı və “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimheni qabaqlayıb.












