İngiltərə Premyer liqasında XXV turun oyunları keçirilib. Mərkəzi görüşdə “Liverpul” “Enfild”də “Mançester Siti” ilə qarşılaşıb. Oyun gərginliyi ilə diqqət çəkib. Ev sahibləri Dominik Soboslainin cərmə zərbəsindən gözəl qolu ilə hesabda önə keçsə də “şəhərlilər” Bernardu Silva və Erlinq Halandın səyləri ilə 2-1 hesablı qələbə qazanıb. Matçın sonlarında Soboslai Halandı aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə alıb.
50 xalla ikinci pillədə qərarlaşan “Mançester Siti” lider “Arsenal”dan 6 xal geri qalır. Üçüncü “Aston Villa”nın 47 xalı var. “Mançester Yunayted” 44 xalla 4-cü, “Çelsi” 43 xalla 5-cidir. 39 xal toplayan “Liverpul” isə 6-cı sıradadır.












