Tennis üzrə “Australian Open” turnirində kişilərin yarışında da qalibin adı müəyyənləşib.
Finalda dünya reytinqinin birincisi Karlos Alkaras turnirin 10 qat qalibi Novak Cokoviçlə qarşılaşıb. 3 saat, 5 dəqiqə davam edən dueli 3:1 hesabı ilə xeyrinə tamamlayan Alkaras karyerasında ilk dəfə “Australian Open”in qalibi olub.
Bu, 22 yaşlı ispaniyalı tennisçi üçün yeddinci “Böyük Dəbilqə” titulu olub. Cokoviç isə Avstraliyada ilk dəfə həlledici görüşdə uduzub.















