Misli Premyer Liqasında XVIII tur start götürüb. İlk oyun günündə iki matç keçirilib.

“Karvan-Yevlax”ın qonağı olan “Sumqayıt” 2:0 hesablı qələbə qazanıb və xalını 30-a çatdıraraq müvəqqəti də olsa 4-cü yerə yüksəlib. 6 xallı yevlaxlılar isə sonuncudur.

“İmişli”ni qəbul edən “Qəbələ” 3:2 hesablı qalibiyyətə sevinib. Ev sahiblərindən Domi Massumo het-triklə yadda qalıb. Ardıcıl iki görüşdə meydanı 3 xalla tərk edən “qırmızı-qaralar” 14 xalla 10-cu yerdə mövqe tutub və 9-cu “İmişli”dən 4 xal geri qalır.

XVIII tura fevralın 1-də yekun vurulub.