“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə Kriştianu Ronaldunu geridə qoyub.
Ölkə çempionatının XVI turunda “şəhərlilər”in “Vest-Hem”i 3:0 məğlub etdiyi matçda dubla imza atan norveçli hücumçu liqada vurduğu qolların ümumi sayını 104-ə çatdırıb. O, bu göstəriciyə 114 oyuna çatıb.
Beləliklə, Haaland “Mançester Yunayted”də keçirdiyi 236 qarşılaşmada 103 dəfə fərqlənən Ronaldunu qabaqlayıb. Qeyd edək ki, Erlinq 2022-ci ildən “Mançester Siti”də çıxış edir.














