AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qərara əsasən Misli Premyer Liqasının XVII turunda “Qarabağ”ın “Kəpəz”lə ev qarşılaşmasından sonra meydana kənar şəxs daxil olduğundan Ağdam klubu 2500 manat cərimələnib.

“Neftçi” isə “Zirə” ilə görüşdə oyun günü planı pozulduğu üçün 2000 manatlıq cəza alıb.

Bununla yanaşı, “İmişli” “Araz-Naxçıvan”la matçda 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. “Araz-Naxçıvan”ın dörd futbolçusu sözügedən oyunda sarı vərəqə aldığından klubu 700 manat ziyana düşüb. Eyni cəza “Karvan-Yevlax”la qarşılaşmada beş oyunçusu qarşısında sarı vərəqə gördüyünə görə “Sabah”a tətbiq olunub.