UEFA Çempionlar liqasında keçid pley-off mərhələsinə yekun vurulub. Saat 21:45-də başlayan görüşdə “Atalanta” “Borussiya Dortmund”u qəbul edib. İlk oyunda 0:2 məğlub olan İtaliya klubu bu dəfə 4:1 qələbə qazanaraq, rəqibini mübarizədən kənarlaşdırıb.

Lissabon səfərində 1:0 qalib gələn “Real Madrid” evdə “Benfika”nı 2:1 üstələyərək, növbəti etapa adlayıb.

Doğma meydanda “Yuventus”a 5:2 qalib gələn “Qalatasaray” Turində əlavə vaxta kimi uzanan matçda 2:3 uduzsa da adənə 1/8 finala yazdırıb.

Turnirin son qalibi “Paris Sen-Jermen” isə “Monako” ilə 2:2-lik heç-heçə edib. Buna baxmayaraq birinci qarşılaşmada 3:2 hesablı qələbə sayəsində parislilər yoluna davam edib.

Qeyd edək ki, ötən gün “Nyukasl”, “Budö-Qlimt”, “Bayer Leverkuzen” və “Atletiko Madrid” də 1/8 finala yüksəlib.