Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar liqasında pley-off mərhələsinə adlayan “Qarabağ” bu etapda PSJ və ya “Nyukasl” kollektivlərindən biri ilə üzləşəcək. Bu mərhələsin püşkatma mərasimi yanvarın 30-u, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdam klubunun ilk matçı evdə keçirəcəyi dəqiqdir. Etapın ilk oyunları 17-18 fevral, cavab görüşləri isə 24-25 fevral tarixlərinə təyin edilib.
Cütün qalibinin 1/8 finaldakı rəqibi “Barselona” və ya “Çelsi” olacaq


















