UEFA Çempionlar liqasında ilk finalçının adına aydınlıq gəlib.
“Emreyts”də keçirilən matçda “Arsenal” “Atletiko Madrid”i qəbul edib. İspaniyada 1:1-lik heç-heçə edən London klubu bu dəfə rəqibini Bukayo Sakanın vurduğu yeganə qolla qələbə qazanaraq 20 il sonra ilk dəfə turnirin finalına yüksəlib.
“Arsenal” həlledici matçda “Bayern Münhen” – PSJ cütünün qalibi ilə üzləşəcək.













