Bu gün “Qarabağ” UEFA Çempionlar liqasının əsas mərhələsində son oyununa çıxacaq.

Azərbaycan təmsilçisi VIII tur çərçivəsində “Liverpul”un qonağı olacaq. Bu, komandaların ilk üzləşməsi olacaq. Ağdamlılar indiyə kimi İngiltərə klublarına qarşı keçirdiyi 8 görüşdən 1-də sülhə razılaşıb, 7-də uduzub.

Hazırda 10 xalı olan “Qarabağ” 18-cidirsə, 15 xal toplayan “Liverpul” 4-cü yerdə qərarlaşıb.

“Enfild”də slovakiyalı İvan Krujlyakın idarə edəcəyi matç saat 00:00-da start götürəcək.