Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub. Son oyun günündə iki matç keçirilib.
Son çempion “Sabah” “Şəki”yə heç bir şans tanımayıb və 112:65 qalib gəlib. “Abşeron Lions” isə NTD-dən 100:93 güclü olub.
Hazırda A qrupuna 25 xalla “Abşeron Lions” başçılıq edir. “Şirlər” ikinci “Sabah”ı 2 xal qabaqlayır. B qrupunun lideri isə 26 xala malik “Ordu”dur.














