Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” yoxlama oyununa çıxıb.

Qərb təmsilçisi Polşa təmsilçisi “Poqon”la qarşılaşıb və 3:2 hesabı ilə uduzub. Azərbaycan klubunun qollarını Ayxan Hüseynov (26) və İbrahima Vaci (34) vurublar.

Qeyd edək ki, “Turan Tovuz” hazırlıq prosesini yanvarın 18-i yekunlaşdıracaq.