Fransa Kubokunun qalibi müəyyənləşib.
Həlledici qarşılaşmada çempionatı ikinci pillədə başa vuran “Lans” “Nitsa” ilə qarşılaşıb. Görüşü 3:1 qalib başa vuran “Lans” tarixində ilk dəfə bu titula sahib çıxıb.
Əlavə edək ki, “Nitsa” Fransa Liqa 1-də qalmaq üçün pley-off duelində aşağı divizionu üçüncü bitirən “Sent-Etyen”lə üzləşəcək.














