Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununu keçirib.
“Köhlən atlar” Polşanın “Zaqlembe” komandasına 3:1 qalib gəlib. Ağdam təmsilçisinin qollarının müəllifi Leandro Andrade, Abdullah Zubir və Xoni Montiel olub.
Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın “Neftçi” klubunu 5:0, Xorvatiyadan “Osiyek”i 3:1 hesabı ilə məğlub edib.


















