Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib.
Turnir 1/8 final mərhələsindən başlayıb. İlk oyun günü iki matç keçirilib. “Lənkəran”la qarşılaşan “Neftçi” 86:54 hesablı qələbə ilə yeni etapa adlayıb. “Ağ-qaralar”ın 1/4 finalda rəqibi “Gəncə” olacaq.
Digər görüş “Naxçıvan” və “Quba” arasında olubki, şimal klubu meydançadan 105:98-lik qalibiyyətlə ayrılıb. “Quba” növbəti dueldə “Sabah”la üzləşəcək.
Qeyd edək ki, 1/8 finala sabah baş tutacaq “Şəki” – “Sərhədçi” və NTD – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.














