Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu keçirib.

“Ağ-qaralar” Misir təmsilçisi “Piramids”lə üz-üzə gəlib. “Məhəmməd bin Zayed” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə ilə yekunlaşıb. Balı klubunun qolunu Murad Məmmədov vurub.

Qeyd edək ki, “Neftçi” ilk yoldaşlıq matçında Qazaxıstandan “Kayrat”la üzləşib və 3:0 qalib gəlib. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv sonuncu oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək.