Mövzümün ikinci hissəsinə hazırlaşan “Neftçi”nin qış hazırlıq planı müəyyənləşib. Paytaxt təmsilçisi yanvarın 4-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq “ağ-qaralar” hazırlıq çərçivəsində 3 yoxlama oyununda gücünü sınamağı planlaşdırır.Bakı klubunun ilk matçı yanvarın 9-da Qazaxıstanı UEFA Çempionlar liqasında təmsil edən “Kayrat”a qarşı olacaq.

Komandamız yanvarın 13-də Misirin “Piramids”, 16-da isə Çinin “Çenqdu Ronqçenq” kollektivləri ilə üz-üzə gələcək. “Neftçi” yanvarın 17-si Azərbaycana dönəcək.