Qış fasiləsində mövsümün ikinci hissəsinin hazırlıqlarını Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirəcək “Neftçi” hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.
“Ağ-qaralar”ın ilk görüşü Qazaxıstan təmsilçisi “Kayrat”a qarşı keçirəcək. Oyun başlama vaxtı yanvar 9-u yerli vaxtla 19:00-a nəzərdə tutulub.
“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Bu qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb. Bakı klubu yanvarın 17-də Azərbaycana qayıdacaq.
















