“Zirə”nin qış hazırlıq planı bəlli olub.

“Qartallar” yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-na qədər hazırlığı paytaxtda davam etdirəcək.

Toplanışın ikinci mərhələsi isə yanvarın 10-17-si aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq.

Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır.