Səudiyyə Ərəbistanı çempionatında 2025/2026-cı illər mövsümünə yekun vurulub. Son yarış günündə 7 qarşılaşma keçirilib. “Əl-İttihad” doğma meydanda “Əl-Qadisiyyə”yə 1:5 uduzub, “Əl-Həzm” “Əl-Taavun”u 2:0, “Əl-Riyad” “Əl-Uhdud”u 1:0 hesabı ilə üstələyib. “Əl-Nəsr” və “Əl-Hilal”ın oyunlarında isə qızıl medalların sahibi bəlli olub.
“Əl-Feyha”ya qarşı görüşünü qalib bitirən “Əl-Hilal” liqanı 84 xalla məğlubiyyətsiz başa vurub. Ancaq Kriştianu Ronaldulu “Əl-Nəsr” tarixi şansı boşa verməyib. Doğma meydanda “Damak”ı 4:1 üstələyən “Nəcd cəngavərləri” 7 illik çempionluq həsrətinə son qoyub.
Bu matçda dubla imza atan Ronaldu 2022-ci ildə “Əl-Nəsr”ə keçdikdən bəri ilk ciddi titulunu əldə edib.













