Misli Premyer Liqasında 2025-ci ilin sonuncu – XVI turunda bu gün daha iki oyun keçiriləcək.
“Karvan-Yevlax” Yevlax şəhər stadionunda “Neftçi” ilə üz-üzə gələcək. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 14:00-da start götürəcək.
İkinci qarşılaşmasında isə “Zirə” doğma meydanda “İmişli”ni sınağa çəkəcək. Matçın start fitini saat 16:30-da Cavid Cəlilov səsləndirəcək.
Hər iki oyun “CBC Sport”la canlı yayįmlanacaq.


















