Azərbaycan UEFA reytinqində geriləyib. Bu, ötən gecə UEFA Konfrans liqasının VI turunda qeydə alınan nəticələrdən sonra baş verib.
Belə ki, Sloveniya 22.843 xalla 26-cı, Slovakiya isə 22.375 xalla 27-ci pilləyə yüksəlib. 22.250 xala malik Azərbaycan isə geriləyərək 28-ci yerə enib.
Qeyd edək ki, cədvələ 103.658 xalla İngiltərə başçılıq edir.

















