Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

Bu mötəbər hadisəyə həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının) nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, 2025-ci ilin “İdman paytaxtı” Monako olub.