“Neftçi”nin futbolçusu Sessi D’Almeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub. 2015-ci ildən yığmada çıxış edən oyunçu, bu müddətdə 43 matç keçirib və 1 qol vurub.
D qrupunda yer alan Benin Seneqal, Botsvana və Konqo Demokratik Respublikası kollektivləri ilə qarşılaşacaq. “Hepardlar” tarixində 5-ci dəfə bu turnirə qatılacaq.
Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.














