“Qarabağ”ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib. Fransalı yarımmüdafiəçinin yubiley matçı Misli Premyer Liqasının XV turuna, “Araz-Naxçıvan”la (5:1) görüşə təsadüf edib.
Zubir, ölkə çempionatında 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Qeyd edək ki, Zubir cari mövsümdə 200 oyun həddinə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.


















