UEFA Konfrans liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” Kipr səfərində yerli “Omoniya”nın qonağı olub. Evdə 4 cavabsız qolla uduzan komandamız bu dəfə də meydandan böyük hesablı məğlubiyyətlə ayrılıb. Doğma azarkeşləri önündə 5-0 qalib gələn Nikosiya klubu ümumi hesabla 9-0-lıq qələbə ilə mərhələ adlayan tərəf olub. Bununla da “Araz-Naxçıvan” üçün ilk dəfə mübarizə apardığı avrokubok mövsümü başa çatıb.














