Misli Premyer Liqasında XIV turunda “Araz-Naxçıvan” “Kəpəz”i məğlub edib.

“Liv Bona Dea Arena”dakı matçda Naxçıvan kollektivi 2:0 hesablı qələbəyə sevinib.

Qolları Coşqun Diniyev (38) və Patrik Andrade (64) vurublar.

“Araz-Naxçıvan” turnir cədvəlində 23 xalla altıncıdır. 6 xalı olan “Kəpəz” isə on birinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0), “Sabah” “Neftçi”ni (2:0) məğlub edib. “Zirə” – “Qarabağ” qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1. “Qəbələ” – “Turan Tovuz” oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.