“Sabah” futbolçusu Velko Simiçlə yeni müqavilə bağlayıb.

Klubun serbiyalı yarımmüdafiəçi ilə anlaşması 2 illikdir. Ötən mövsümü icarə əsasında “bayquşlar”da keçirən Simiç məxsus olduğu Türkiyənin “Sivasspor” kollektivini azad agent statusunda tərk edib.

Qeyd edək ki, Velko “Sabah”ın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.