Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən “Qarabağ” sabah III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində evdə “Dinamo Kiyev”lə üzləşəcək.
Bu ölkədə davam edən müharibəyə görə matç Polşada keçiriləcək. Polşanın Lüblin şəhərində baş tutacaq “Dinamo Kiyev” – “Qarabağ” qarşılaşması avqustun 6-sı saat 21:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.
Görüşü danimarkalı referi Morten Kroqun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.














