Misli Premyer Liqasının XIV turu çərçivəsində daha bir görüş baş tutub.
“Karvan-Yevlax” evdə “Şamaxı” ilə üzləşib. Görüş Şirvan klubunun 3:0 hesablı qalibiyyəti ilə bitib.
Doğma meydana qayıdışdan sonra iki matçda da uduzan “Karvan-Yevlax” sonuncu pillədə qərarlaşıb. Xalını 17-ə çatdıran “Şamaxı” isə ən azı bir günlük yeddinci yerə yüksəlib.
Sabah XIV turun daha iki oyunu keçiriləcək. “Qəbələ” “Turan-Tovuz”u, “Sabah” “Neftçi”ni qəbul edəcək. Müvafiq olaraq saat 17:00 və 20:00-da start götürəcək qarşılaşmalar “CBC Sport”la canlı yayımlanacaq.


















