Misli Premyer Liqasında XIV tur start götürüb. Açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə bitib.
Hazırda “Qarabağ” 30 xalla turnir cədvəlinə başçılıq edir. Ağdam klubundan 3 xal geri qalan “Zirə” ikinci pilləni tutur.
XIV turun daha bir oyunu sabah “Karvan-Yevlax” və “Şamaxı” arasında olacaq. Saat 14:00-da başlayacaq qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq.
















