“UFC 330” turnirindən sonra yenilənən yüngül çəki reytinqində azərbaycanlı döyüşçülərin mövqeyində dəyişiklik olmayıb.

Yenilənmiş cədvəldə Rafael Fiziyev 13-cü pillədəki mövqeyini qoruyub. Tofiq Musayev də əvvəlki kimi 14-cü sıranı tutur.

Reytinq cədvəlinin zirvəsində İspaniyanı təmsil edən İlya Topuriya qərarlaşıb.