Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur başa çatıb.

Son oyun günündə iki görüş baş tutub. “Gəncə” “Gənclər” kollektivinə şans tanımayıb – 3:0.

“Abşeron”la qarşılaşan “Azerrail” isə 3:2 hesablı çətin qalibiyyətə sevinib və xalını 5-ə yüksəldib.

Hazırda Yüksək liqada turnir cədvəlinə 12 xalla “Turan” başçılıq edir. 1 xal geri qalan “DH Volley” ikinci, 8 xallı UNEC üçüncü yerdə mövqe tutub.