Azərbaycan millisinin üzvü Luiza Nikitçenko Beynəlxalq Həndbol Federasiyasının 17 yaşadək qızlar arasında təşkil etdiyi “Trofi” turnirində əlamətdar nəticə ilə yadda qalıb.
“Qarabağ” klubunun üzvü yarışın ən sərrast oyunçusu seçilib.
Yığmanın heyətində Böyük Britaniya, Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı matçlarda forma geyinən gənc həndbolçu rəqib qapılarından 35 top keçirib.
















