Azərbaycanın qadınlardan ibarət millisi Banqladeşin paytaxtı Dəkkədə keçirilən “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində ikinci oyununa çıxıb.
Seçməmiz növbəti matçında ev sahibi komanda ilə üz-üzə gəlib. Görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə bitib. Azərbaycanın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub.
Bununla da daha əvvəl Malayziyanı 2:0 məğlub edən millimiz 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.


















