Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli çıxış etdiyi “Malışeva” klubundan növbəti qolunu vurub.
Kosovo çempionatının VI turunda “Malışeva” səfərdə “Lyapi” ilə üzləşib. Matç qonaqların 4:0 qələbəsi ilə bitib. Meydana start heyətində çıxan İsgəndərli qarşılaşmada hesabı açıb. Bu həmyerlimizin liqada dördüncü qolu olub.
Hazırda “Malışeva” 13 xalla tunrir cədvəlinin ikinci pilləsində yer alıb və lider “Priştina”dan 2 xal geri qalır.
















