Misli Premyer Liqasında IV tura yekun vurulub.Tovuzda keçirilən matçda yerli “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Tofiq Bəhramov adına Respublika stadionunda “Araz-Naxçıvan”la üzləşən “Qarabağ” isə 3:2-lik qalibiyyətə sevinib.

Hazırda “Sabah”, “Zirə”, “Qarabağ” və “Neftçi”nin 9 xalı var. “Turan Tovuz” 7 xalla 5-cidir. Xalı olmayan “Sumqayıt” sonuncu yerdə qərarlaşıb.