UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.
Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Ona Adam Kupsik və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muk yerinə yetirəcək. VAR sisteminə Niderlanddan Pol van Bukel, AVAR-a isə xorvatiyalı İvan Bebek nəzarət edəcək.
Qeyd edək ki, oyun noyabrın 25-i saat 00:00 başlayacaq.


















