“FIFA Series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq. Bu barədə qrumun prezidenti Canni İnfantino şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, kişilər arasındakı yoldaşlıq turniri Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda, Özbəkistanda, qadınlar arasındakı yarış isə Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək.

Qeyd edək ki, 2024-cü ildə ilk dəfə təşkil edilən “FIFA Series” turnirinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.