İngiltərə Premyer liqasında XXVI turun oyunları keçirilir. Ötən görüşdə evdə “Mançester Siti”yə uduzan “Liverpul” bu dəfə “Sanderlend”in qonağı olub.

Matçın taleyini bir qol hədd edib. 61-ci dəqiqədə Mohammed Salahın ötürməsini tora qovuşduran Vircil van Deyk Mersisayd klubuna minimal hesablı qələbə qazandırıb. Bununla da “Sanderlend” cari mövsüm çempionatda ilk dəfə doğma meydanda uduzub.

Hazırda “Liverpul” 42 xalla 6-cıdırsa, 36 xalı olan “Sanderlend” 11-ci sırada mövqe tutub.