Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib. Açılış matçında “Neftçi” U-19 kollektivini 12:4 hesabı ilə üstələyib. “Baku Fire” “Lənkəran”a 14:2, “Araz-Naxçıvan” isə “Şuşa”ya 13:1 qalib gəlib.
Hazırda turnir cədvəlinə 19 xalla “Neftçi” başćılıq edir. “Araz-Naxçıvan” ondan 3 xal geri qalır.


















