Bu gün Misli Premyer Liqasında 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibəti ilə “Zəfər turu” adı verilən XI tur start götürüb. Günün ilk matçında “Şamaxı” “İmişli”ni 1:0 məğlub edib. “Sumqayıt” isə səfərdə “Qəbələ”dən 2:0 hesabı ilə güclü olub.

Tur sabah keçiriləcək “Araz-Naxçıvan” – “Karvan-Yevlax”, “Zirə” – “Turan Tovuz” matçları ilə davam edəcək. Müvafiq olaraq saat 15:44 və 18:44-də başlayacaq görüşlər “CBC Sport”la canlı yayımlanacaq.