Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ikinci matçına çıxıb.
Yığma A qrupu çərçivəsində Özbəkistan ilə üz-üzə gəlib və 2:13 hesablı məğlubiyyətə uğrayıb. Qeyd edək ki, komanda ilk görüşdə Liviyadan 5:4 güclü olub.


















