Bu gün UEFA Çempionlar liqasının pley-off mərhələsinə yekun vurulacaq. Azərbaycan təmsilçisi “Qarabağ” evdə “Ferentsvaroş”u qəbul edəcək. Səfərdə rəqibini 3-1 hesabı ilə məğlub edən Ağdam klubu tarixində ikinci dəfə qitənin ən mötəbər klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmağa çalışacaq. Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” görüşünü fransalı Kleman Türpen idarə edəcək. Saat 20:45-də başlayacaq matç “CBC Sport”la canlı yayımlanacaq.













