AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Komitənin qərarlarına əsasən, “Neftçi” klubu Misli Premyer Liqasının X turunda “Kəpəz”lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəbi ilə 2500 manat cərimələnib.
Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manatından keçməli olacaq
“Turan Tovuz” “Şamaxı” ilə dueldə, “Sumqayıt” isə “Araz-Naxçıvan”la görüşdə 4 oyunçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.


















