Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar liqasının əsas mərhələsində dördüncü oyununa çıxıb. Ağdam klubu evdə İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə sonlanıb.

“Qarabağ” (Azərbaycan) 2:2 “Çelsi” (İngiltərə)

Qollar: Estevao, 17′ (0:1), Leandro Andrade, 29′ (1:1), Marko Yankoviç, 39′ pen. (2:1), Alexandro Qarnaço, 53′ (2:2)

İndiyə kimi “Dumanlı Albion” klublarına qarşı keçirdiyi 7 matçda uduzan “Köhlən atlar” bu qarşıdurmalar tarixində ilk xalını qazanıb. Xalını 7-yə çatdıran “Qarabağ” hazırda turnir cədvəlinin 12-cisidir.