Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda mübarizə davam edir.

Yarışda iştirak edən Azərbaycan millisinin 5 boksçusu yarımfinala yüksəlib.

50 kq-da Sübhan Mamedov 1/4 finalda ermənistanlı Rudolf Qarboyanı üstələyib. Onun növbəti rəqibi Qırğızıstandan Anvarjan Xodjiyev olacaq.

70 kq-da Nəbi İsgəndərov 1/4 finalda Qazaxıstan təmsilçisi Farux Toxtassunovu məğlub edib və yarımfinalda Braziliyadan Kayan Reisiyə rəqib olub.

75 kq-da Səidcəmşid Cəfərov digər bir qazaxıstanlı idmançı Sanjar-Ali Beqaliyevi mübarizədən kənarlaşdırıb. O, final uğrunda italiyalı Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.

90 kq-dan artıq çəkidə Məhəmməd Abdullayev Xorvatiyadan Luka Pratljaçiçi məğlub edərək yarımfinala yüksəlib. O, bu etapda norveçli Omar Şina (Norveç) ilə üz-üzə gələcək.