“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar liqasında “Çelsi”yə qarşı matçdan əvvəl jurnalistlərin qarşısına çıxıb. Çalışdırıcı, onları maraqlı görüşün gözlədiyini deyib:
“Bizi çox maraqlı oyun gözləyir. Böyük tarixə malik komandaya qarşı oynayacağıq. Belə klubların Azərbaycana gəlməsi, azarkeşlərin bu cür futbolçuları Bakıda görməsi əlavə bir stimuldur. Komandamıza gəldikdə, oyuna pis hazırlaşmamışıq. Çox istəyirik ki, sabah meydanda mübariz oyun göstərək. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlərimiz ən azı bizim oyunumuzdan razı qalacaqlar”.
Qurbanov, “Çelsi”nin oyundan öncə Bakıda məşq etməyəcəyi xəbərinə də tozunub:
“İnanmıram ki, bu hallar belə böyük klubların oyununa təsir etsin. Maraqlansan, bəlkə də çox belə hallarla üzləşiblər. “Çelsi” kimi komandalar üçün oyun günü meydana çıxmaq o qədər də problem yaratmamalıdır. Biz özümüz də bu cür hallarla qarşılaşmışıq. Bəzi səfərlərimiz olub ki, matçdan 1 gün əvvəl məşqimizi Bakıda etmişik, yalnız oyun günü səfərdə meydanı hiss etmişik, çıxıb oyunumuzu oynamışıq. Bilirsiniz, İngiltərə ilə Azərbaycan arasında saat fərqi çoxdur. Əksinə, bu, onların öz işlərinə nə qədər ciddi, peşəkar yanaşdıqlarını göstərir. Böyük ehtimalla, onlar London rejimi ilə davam edirlər. Bunu nəzərə alıb, rahatlıq tapmalı deyilik.”
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ – “Çelsi” matçı noyabrın 5-i saat 21:45-də başlayacaq və “CBC Sport”la canlı yayímlanacaq.

















