Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib.

Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.

Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçisi Mohamed Haninin 55-ci dəqiqədə öz qapısına vurduğu qol yekun hesabı müəyyənləşdirib.

Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:2) Misir 1/8 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Argentina – Kabo Verde cütünün qalibi olacaq.