Misli Premyer Liqasında X tur bir görüşlə başa çatıb. Son oyun günündə “Sabah” “Qəbələ”ni qəbul edib. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Masazır klubu 7 görüşdür uduzmursan, şimal təmsilçisi son 5 turun 4-də meydanı məğlub tərk edib.
Hazırda turnir cədvəlinə 21 xala malik “Turan Tovuz” başçılıq edir. “Qarabağ” 20 xalla ikinci, ondan 1 xal geri qalan “Zirə” üçüncüdür. 18 xallı “Sabah” ilk dördlüyü qapayır. “Qarabağ” və “Sabah”ın ehtiyatında bir oyun var. Çempionatın bombardiri 6 qolla “Araz-Naxçıvan”ın futbolçusu Ba-Muaka Simakaladır.


















